KİV: "Rusiya mayın 9-dək Dnestryanı ərazinin müstəqilliyini tanıya bilər"

5 May 2022 18:03

Rusiya Moldovanı işğal etmək üçün müfəssəl plan hazırlayıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Kanal 24" telekanalı əks-kəşfiyyat mənbələrinə əsasənməlumat yayıb.

Bildirilib ki, Rusiya mayın 9-dək və ya həmin gün Dnestryanı ərazinin müstəqilliyini tanıya bilər: "Bu, ikinci cəbhənin açılması ilə nəticələnəcək. İkinci cəbhənin açılması strateji əhəmiyyət kəsb edir".

Ukrayna əks-kəşfiyyatçılarının məlumatına görə, Rusiya Dnestryanıda İl-76 təyyarələri və helikopterləri ilə havadan eniş həyata keçirməyi planlaşdırır.

Milli.Az