AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

5 May 2022 17:15

1 may 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Azərbaycan Dövlət Neft Fondundan Milli.Az-a bildirilib ki, AÇG yatağından 01.01.2022 - 01.05.2022 tarixində 2 898 mln. ABŞ dolları gəlir əldə olunub.

Şahdəniz yatağından isə (qaz və kondensat) 01.01.2022 - 01.05.2022 tarixində
405,475 mln. ABŞ dolları məbləğində gəlir gəlib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan
gəlirlər 01.01.2022 - 01.05.2022 tarixinə görə 96,995 mln. ABŞ dolları təkil edib.

Milli.Az