"Kiyev razılıq əldə etdikdən sonra danışıqlarda geri çəkilir"

5 May 2022 14:14

Milli.Az TASS-a istinadən xəbər verir ki, Dövlət Dumasında LDPR fraksiyasının müvəqqəti rəhbəri, Ukrayna ilə danışıqların iştirakçılarından biri Leonid Slutski bildirib ki, danışıqlar çətin gedir və Kiyev nümayəndələri razılıq əldə etdikdən sonra "geri çəkilirlər".

"Biz tək xüsusi hərbi əməliyyatı dəstəkləmək baxımından mümkün olan hər şeyi etməyə çalışmırıq. Danışıqlar aparmaq çətindir. Rusiya tərəfinin bir nümayəndəsi də mənəm. Ukraynalı həmkarlar razılaşır və sonra geri çəkilirlər", - o deyib.

Aslan Məmmədov
Milli.Az