Dövlətə xəyanətdə şübhəli bilinən ukraynalı bloger İspaniyada saxlanıldı

5 May 2022 12:34

Ukraynada dövlətə xəyanətdə şübhəli bilinən rusiyapərəst bloger Anatoli Şariy İspaniyada saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin "Facebook" səhifəsində məlumat verilib.

"Anatoli Şariy 2022-ci il mayın 4-də İspaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb", - məlumatda deyilir.

Bloger Ukrayna Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) və 161-ci maddələri ilə (irqindən, milli mənsubiyyətindən, dini etiqadından, saölamlığından və digər əsaslardan asılı olaraq vətəndaşların bərabər hüquqlarının pozulması) ittiham olunur.

Milli.Az