Əgər Putin səfərbərlik elan etsə... - Ekspert

5 May 2022 18:54

Putin ümumi səfərbərliyə çağırsa, ruslar həyəcanlanmayacaq. Təkcə ona görə yox ki, ailəni təmin edən cəbhəyə döyüşə gedəcək, çörək verən də getmək istəmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Yuri Fedorov deyib.

"Səfərbərlik haqqında qanunun şərtləri də əhali arasında ruh yüksəkliyi yaratmayacaq - kim öz avtomobilini vermək və ya yas dəstəsinə yazılmaq istəyər? Rusiya əhalisinin ən azı yarısının həyatı pozulacaq", - ekspert söyləyib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyada 9 mayda səfərbərliyə hazırlıq olacağının ehtimal edildiyini bildirib.

Milli.Az