"Maaşımdan ona yardım edirəm..." - VİDEO

5 May 2022 15:06

Aylardı qaraciyər xəstəliyindən əziyyət çəkən gənc aktyor Elvin Ağayevə Xalq artisti Arif Babayev dəstək olub.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, o, "Səni axtarıram" verilişinə müraciət edən aktyora yardım etmək üçün canlı efirə zəng vurub.

Xalq artisti, "Mən Elvinə baxanda ürəyim ağrıdı. Maaşımdan ona yardım edirəm. Sənət adamlarından xahiş edirəm ki, ona dəstək olsunlar, çünki cavandır" fikirlərini səsləndirib.

Milli.Az