Ata evinə qonaq gedən qadın intihar etdi

5 May 2022 09:36

Şəkidə 37 yaşlı qadın intihar edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qoxmuq kəndində baş verib.

Ata evinə qonaq gedən 37 yaşlı Xatirə Baba qızı Saatova özünü asaraq intihar edib.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az