Britaniyanın məğlub baş nazirindən rəqiblərinə məsləhət

7 May 2010 18:44
"Reuters"in məlumatına görə, görə, o, seçkidə ilk yeri tutmuş Mühafizəkar Partiyanı üçüncü olmuş Liberal-Demokrat Partiyası ilə danışıqlara başlamağa çağırıb. Braun bildirib ki, bu iki partiya koalision hökumət qurmaq üçün danışıqlara başlamalıdır. Onun sözlərinə görə, qeyd olunan partiyalar razılığa gələ bilməzsə, Leyboristlər Partiyası liberal-demokratlarla koalisiya yaratmaq haqda danışıqlara başlaya bilər.
Xatırladaq ki, dünən keçirilmiş seçkidə Britaniyanın Leyboristlər Partiyasının 13 illik hakimiyyətinə son qoyulub. Seçki mühafizəkarların qələbəsi ilə bitib.

Milli.Az