Məktəblilər çayı soyuducuda keçmək istədilər - VİDEO

5 May 2022 18:18

Rusiyada məktəblilər zibillikdən tapdıqları köhnə soyuducuda Volqada üzməyə cəhd ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, uşaqlar zibillikdən köhnə soyuducu tapıblar, sonra ondan qayıq kimi istifadə etmək istəyiblər. Bununla bağlı yayılan kadrlarda uşaqlardan birinin "qayıq"la üzməyə cəhd etdiyi görünür.

Yalnız yoldan keçənlərin müdaxiləsi və polislə hədələmələri sayəsində uşaqlar fikirlərindən dönüblər.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı yoxlamalara başlayıb.

Milli.Az