Çexiyada tibbi maska taxmaq tələbi ləğv edilib

5 May 2022 06:57

Çexiya parlamentinin aşağı palatası mayın 5-dən etibarən ölkədə tibbi maska ​​taxmaq tələbini tamamilə ləğv edib.

Milli.Az "Report"a istinadən bildirir ki, qərar Çexiyada epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilib.

Ölkədə hazırda xəstəxanalarda, klinikalarda, apteklərdə və sosial xidmət müəssisələrində tibbi maska ​​taxmaq öhdəliyi qüvvədədir.

Bu arada ekspertlər gələn payızda ölkədə COVID-19 epidemiyasının yeni dalğasının baş verməsi ehtimalını proqnozlaşdırırlar. Bununla əlaqədar Səhiyyə Nazirliyi vətəndaşlara könüllülük əsasında binalarda, tanımadığı şəxslərlə birlikdə tibbi maska ​​taxmağı tövsiyə edir.

Milli.Az