Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesi 53 ünvanında Bakı Poladtökmə Zavodunun qarşısında qeydə alınıb.
1979-cu il təvəllüdlü Talışov Cavid Dursunəli oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, qarın boşluğunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağll Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az