Ermənistan müxalifəti etiraz aksiyasını davam etdirməyə qərar verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan məlumat verib.
Saqatelyan qeyd edib ki, səhərdən Fransa meydanında etiraz aksiyası daha kütləvi formatda davam edəcək.
"Bizim məqsədimiz Paşinyana qeyri-legitim olduğunu bildirməkdir. Onun mandatı yoxdur, o, getməlidir" - deyə Saqatelyan bildirib.
Milli.Az