Bakı şəhəri, Səbail rayonunun Ö.Nemətzadə küçəsi ünvanında yerləşən yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Milli.Az