Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib

4 May 2022 23:28

Türkiyə xüsusi təyinatlıları "Pençe-Kaplan" əməliyyatı çərçivəsində İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK arasında münaqişə 40 ilə yaxındır ki, davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK BMT və Aİ tərəfindən terror təşkilatı elan edilib.

Milli.Az