Ərdoğan Vidodo və Dibeybe ilə danışıb

4 May 2022 23:00

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İndoneziya Prezidenti Coko Vidodo və Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ilə telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı liderlər Ramazan bayramı münasibətiylə bir-birini təbrik ediblər.

Milli.Az