Daşqınlarla əlaqədar həkimlər fəlakət zonalarına cəlb edildi
7 May 2010 18:37
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, bununla bağlı keçirilmiş müşavirədə yaranmış vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb.
Plana əsasən, tibb mütəxəssisləri bütün təbii fəlakətlə üzləşən zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilib. Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də cəlb olunub.
Təbii fəlakətlə üzləşən zonalar dərman və bütün tibbi ləvazimatlarla təmin olunub. Ehtiyac olarsa, əlavə mütəxəssislərin cəlb olunması üçün də xüsusi tapşırıqlar verilib.
Milli.Az