“Bu, ən yaxşı Allah vergisidir” - FOTO

5 May 2022 03:22

Britaniyalı aktrisa Sofi Törner hamilə halı ilə "Elle" jurnalının iyun buraxılışı üçün kamera qarşısına keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ikinci dəfə ana olmağa hazırlaşır.

"Mənim üçün həyat gələcək nəsilləri böyütməkdən ibarətdir. Həyatda ən yaxşı şey - qızımın get-gedə daha da güclü olmasını görməkdir. Biz ailəmizin böyüməsinə sevinirik. Bu, ən yaxşı Allah vergisidir", - Törner deyib.

Qeyd edək ki, S. Terner 2019-cu ilin mayında amerikalı müğənni Co Conasla ailə həyatı qurub. Cütlüyün 2020-ci ilin iyulunda Uilla adlı qızı dünyaya gəlib.

Milli.Az