Tanınmış türkiyəli aktyor Serhat Özcan evlənir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən gün 61 yaşlı aktyor 5 ildir sevgili olduğu Deniz İpeklə sadə bir mərasimlə nişanlanıb.
"Bir neçə ildir ki, bu anı gözləyirdik. Çox xoşbəxtəm. 10 ildir tanışıq. Təqribən 5 ildir ki, sevgiliyik" deyə, Serhat bildirib.
Nişan mərasimində onun qardaşı, aktyor Reha Özcan da iştirak edib.
Milli.Az