Zelenskinin ofisi: Rusiya yalnız Ukrayna ilə müharibə aparır

4 May 2022 20:48

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya yalnız Ukrayna ilə müharibə aparır.

Milli.Az bu haqda RBK-Ukrayna-ya istinadən xəbər verir.

"Rusiya yalnız Ukrayna ilə müharibə aparır. ABŞ, NATO, Qərblə heç bir müharibə yoxdur ki, Rusiya bunu daim isterik şəkildə elan edir, özünün sıradanlığına, tez-tez məğlubiyyətlərinə, ordusunun böyüklüyünə və qaytarılması mümkün olmayan itkilərə haqq qazandırır. Rusiya 69 gündür ki, Ukraynanı öldürməyə çalışır. Və total şəkildə onun dişləri zərbə alır", - Podolyak deyib.

Aslan Məmmədov
Milli.Az