Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində gimnastların mükafatlandırılması keçirilib - FOTO

4 May 2022 15:34

Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin balacalar yaş qrupunda çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü gimnastlar arasında Nərgiz Əliyeva birinci, Fatimə Tarverdiyeva ikinci, Nilufər Qasımova üçüncü olub. Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir.

2013-cü il təvəllüdlü gimnastlar arasında Aylun Yusifli qızıl, Əminə Novruzova gümüş, Güllüzar Şərifova bürünc medal qazanıb. A.Yusifli və G.Şərifova "Ocaq Sport", Ə.Novruzova Bakı gimnastika məktəbini təmsil edir.

2013-cü il təvəllüdlü gimnastlar arasında isə Aysel Rzayeva birinci, Leyla Nemakina ikinci, Zəhra Tahirova üçünü yeri tutub. A.Rzayeva və Z.Tahirova Bakı gimnastika məktəbini, L.Nemakina "Ocaq Sport" klubunu təmsil edir.

Milli.Az