Bakı birinciliyinin ikinci günü başlayıb - FOTOlar

4 May 2022 12:58

Mayın 4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin ikinci günü start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışların ikinci günündə balacalar və yeniyetmələr yaş qrupunda gimnastlar topla, gənclər isə gürzlər və lentlə hərəkətləri nümayiş etdirəcək. Qrup hərəkətlərdə balacalar yaş qrupunda gimnastlar alətsiz və halqalarla proqramları nümayiş etdirəcək.

Qeyd edək ki, birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Milli.Az