Azərbaycanlı qızla evlənən Van Dammın oğlu dəyişdi - FOTOlar

4 May 2022 12:30

Azərbaycanlı xanımla evlənən Van Dammın oğlu Kristofer Van Varenberq  yeni imici ilə diqqət çəkib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Kristoferin sosial mediada izləyiciləri ilə bölüşdüyü son fotolarda saçlarını sarı rəngə boyadığı görünür. 

Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıb. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı olub.

Milli.Az