Cəbrayıl, Suqovuşan və Zəngilanda yaxın vaxtlarda yeni məktəblər istifadəyə veriləcək

4 May 2022 13:24

Cəbrayıl, Suqovuşan və Zəngilanda yaxın vaxtlarda yeni məktəblər istifadəyə veriləcək.

Bunu təhsil naziri Emin Əmrullayev "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin təltif olunması mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün təhsilin qarşısında bir sıra vacib məsələlər dayanır. Şuşada və Ağdamda məktəblər tikilir.

"Bununla yanaşı Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın vaxtlarda yeni məktəblər istifadəyə veriləcək", - deyə o bildirib.

Milli.Az