Ukrayna Silahlı Qüvvələri Nikolayev və Xerson vilayətlərinin inzibati sərhədinə yaxın dörd yaşayış məntəqəsini azad edib.
Milli.Az bildirir ki, bu haqda UNİAN "Cənub" əməliyyat komandanlığının hesabatına istinadən xəbər verir.
Komandanlığın məlumatına görə, müvəqqəti olaraq Rusiya qoşunlarının nəzarətində olan Tokmokda ruslar potensial təxribatlarda istifadə etmək üçün Ukrayna hərbi geyimlərini tikirlər.
Həmçinin, Xəzər istiqamətindən endirilən iki raket zərbəsinin Kirovoqrad vilayətinin dəmir yolu infrastrukturuna dəydiyi bildirilir. Dəqiq sayı açıqlanmasa da, yaralılar və ölənlər var. "Odessa vilayətinə atılan ilk üç raket hava hücumundan müdafiə qüvvələrini vurub. Dəfələrlə edilən hücum nəticəsində infrastruktur obyektlərinə ziyan dəyib", - məlumatda deyilir.
Aslan Məmmədov
Milli.Az