Ermənistan müxalifəti İrəvanın əsas küçələrini bağlayıb

4 May 2022 11:06

Ermənistanın paytaxtı İrəvanda vətəndaş itaətsizliyi ilə müşayiət olunan etiraz aksiyaları davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, müxalifət tərəfdarları səhər saatlarında şəhərin bir çox körpü və yollarını bağlayıb.

Belə ki, aksiya iştirakçıları İrəvanın "Kiyev" körpüsünü betonqarışdıran maşınlarla bağlayıb.

Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Onlar yolu açmağa cəhd göstəriblər. Bundan başqa, Baqramyan prospekti və Orbeli küçəsi də bağlı qalır.

Etirazçılar "Nikolsuz Ermənistan" şüarı səsləndirirlər.

Milli.Az