Rusiya bir neçə günə bu əraziləri özünə birləşdirəcək

4 May 2022 19:00

ABŞ kəşfiyyatı Rusiyanın Ukraynanın daha bir hissəsini ilhaq etməyi planlaşdırdığını açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, kəşfiyyatın iddiasına görə, Rusiya Ukraynada referenduma hazırlaşır.

Qeyd edilib ki, Moskva şərqdə separatçı qüvvələrin əlində olan Donetsk və Luqanskı, o cümlədən işğalın əvvəlində nəzarətə götürdüyü Xerson vilayətini bir neçə gün ərzində ilhaq edəcək.

Milli.Az