Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova ailəsi ilə fotolarını paylaşıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, o, instaqramda həyat yoldaşının, övladlarının və qayınanasının da yer aldığı görüntüləri izləyiciləri ilə bölüşüb.
İradə hər kəsin Ramazan bayramını təbrik edib.
Qeyd edək ki, ifaçı iş adamı Ceyhun İzerlə ailəlidir. Onların iki övladı var.
Milli.Az