Həyat yoldaşından ayrılan kişi sirkə turşusu içdi

4 May 2022 09:24

Qazaxda intihara cəhd olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaymaqlı kənd sakini, 44 yaşlı D.M. sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, 44 yaşlı kişi həyat yoldaşından ayrıldığına görə intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az