Pentaqon: Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək

4 May 2022 08:33

Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

"Rusiyanın Ukraynaya qarşı kimyəvi və ya bioloji silahdan istifadə etməsi çox güman ki, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olacaq", - Ostin deyib.

O, həmçinin əlavə edib ki, Rusiya kiberhücumun köməyi ilə Ukraynadakı münaqişəni gərginləşdirə bilər.

Bundan əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq Rusiyanın Ukraynada mümkün kimyəvi hücumlarına hazırlaşır.

Milli.Az