İtaliya 2024-cü ilə qədər Rusiya qazından tamamilə imtina edə bilər

4 May 2022 08:15

İtaliya 2024-cü ilə qədər Rusiya qazından tamamilə imtina etmək niyyətindədir.

Milli.Az "report"-a istinadən xəbər veirr ki, bu barədə ekoloji modernləşdirmə və transformasiya naziri Roberto Çinqolani "La Repubblica" qəzetinə müsahibəsində bildirib.

"2024-cü ilin ikinci yarısına qədər ölkəmiz Rusiyadan energetik asılılığı tam aradan qaldırmalıdır", - İtaliya rəsmisi bildirib.

O, Rusiyanın təklif etdiyi qazın rublla ödəniş mexanizmini də şərh edib.

Çinqolani düşünür ki, Avropa Komissiyası məsuliyyəti ayrı-ayrı hökumətlərin və neft-qaz şirkətlərinin üzərinə atmamaq üçün bu məsələ ilə bağlı aydın və birmənalı siyasi qərar qəbul etməlidir.

Xatırladaq ki, İtaliya Rusiyanın enerji resurslarının ən böyük idxalçılarından biridir.

Milli.Az