Ukraynada yolda faciə: 16 ölü

3 May 2022 23:39

Ukraynanın Rivne bölgəsində sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan maşını toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 16 nəfər ölüb, daha on nəfər yaralanıb.

Hadisə Dubenski rayonunun Sıtnoye kəndi yaxınlığında baş verib.

Hadisə Kiyev-Çop magistralında avtomobillərin hərəkətinin tamamilə dayanmasına səbəb olub.

Qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az