Göygöldə qəza olub, xəsarət alanlar var

3 May 2022 21:42

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ 2106" ilə "Mercedes" markalı minik maşınları toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az