Moskva vilayətində bina yandı: 3 ölü

3 May 2022 20:28

Moskva vilayətinin Mıtişi şəhərində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 15 nəfər dəm qazından zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yanğın 80 kv.m. sahəni əhatə edib. Yanğının söndürülməsi zamanı 8 nəfər təxliyyə edilib. Moskva vilayətinin prokurorluğu 3 nəfərin ölümünü təsdiqləyib. Yanğınla bağlı araşdırmalara başlanılıb.

Milli.Az