ABŞ İtaliyadakı təyyarələrini Rumıniyaya göndərir

4 May 2022 01:49

NATO Rumıniyada yeni döyüş qrupu yaradıb. İndi ABŞ-ın əvvəllər İtaliyadakı bazada yerləşən döyüş təyyarələri bu ölkəyə gətirilir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Neapol" Birləşmiş Silahlı Qüvvələr komandanlığı məlumat yayıb.

"NATO qoşunları hər hansı təhlükəyə hazır olmaq üçün mütəmadi olaraq birgə təlimlər keçirir", - məlumatda bildirilib.

Milli.Az