Ukrayna SQ: Son iki sutkada Rusiyanın 2 mln. dollarlıq PUA-ları məhv edilib

3 May 2022 15:07

Təkcə son iki sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın 20-yə yaxın pilotsuz uçuş aparatını məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, məhv edilən PUA-ların ümumi dəyəri 2 milyon dollar təşkil edir.

Milli.Az