Bakıda avtomobilləri yandıran şəxs tutulub

3 May 2022 14:45

Bakıda iki avtomobil yandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus "Lexus" və "Hyundai" markalı avtomobilləri yandırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini R. Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az