Polis Robert Koçaryanın oğlunu saxlayıb - VİDEO

3 May 2022 11:12

"Müqavimət" hərəkatının iştirakçıları növbəti dəfə İrəvanın mərkəzində Baqramyan prospektini bağlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, əraziyə gələn polis əməkdaşları etirazçıların bir qrupunu yoldan uzaqlaşdırıb, digərləri isə saxlanılıb.

Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.

Milli.Az