Vitamin əlavələrinin təsiri yoxdur

10 May 2022 22:30

Bir çox vitamin əlavələrinin sağlamlığa heç bir müsbət təsiri yoxdur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Toronto universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

"Science Daily"nin xəbərinə əsasən, qida əlavələrində geniş yayılmış kalsium, C və D vitaminləri xroniki xəstəliklərin profilaktikasına heç bir müsbət və mənfi təsir göstərmir. Həmçinin B vitamini və foli turşusu ürək-damar xəstəlikləri və insult riskini azalda bilər.

Milli.Az