Yüksək miqdarda zülal qəbul edin - Ürək çatışmazlığı riskini azaldır

10 May 2022 23:15

Yüksək miqdarda zülalın qəbulu ürək çatışmazlığı və vaxtsız ölüm riskini azaldır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Hollandiyanın Qroninqen universitetinin alimləri müəyyən ediblər.

Araşdırmalarda 11 Avropa ölkəsindən yaşı 68 olan 2281 nəfər iştirak edib. Həmin şəxslərin qəbul etdiyi zülalın həcmi sidik analizindən sonra müəyyən edilib. Mütəxəssislər iki il müddətində xəstələrin vəziyyətlərini müşahidə ediblər.

21 aydan sonra cüzi miqdarda, gündəlik 40 qramdan az zülal qəbul edən insanların 31 faizi ölüb. Gündəlik 70 qramdan çox zülal qəbul edənlərdən isə 18 faizi vəfat edib.

Milli.Az