Çin müharibədə Rusiyaya kömək etmir - ABŞ

3 May 2022 12:37

ABŞ Çinin Ukraynadakı hərbi əməliyyatda Rusiyaya kömək etdiyini göstərən əlamətlər görmür.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter bildirib.

"Hazırda Çinin Ukraynadakı hərbi kampaniyada Rusiyaya kömək etməyə çalışdığına dair heç bir əlamət yoxdur. Aydındır ki, biz bunu izləyirik", - Karpenter vurğulayıb.

Milli.Az