"Kimə yardım ediriksə, dişlərini qıcayır bizə" - Faiq Ağayev

3 May 2022 12:07

Xalq artisti Faiq Ağayev sosial şəbəkədə üsyan edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi yardım etdiyi bəzi insanları nankorluqda günahlandırıb. O, qəzəbini belə ifadə edib:

"Bəxtimiz belədir də... Kimə kömək, yardım ediriksə, heç 1 gün keçmir ki, qudurub, dişlərini qıcayır bizə. Odur ki, kimsəyə sizə qarşı nankorluq etməyə imkan verəcək qədər böyük yaxşılıqlar etməyin".

Milli.Az