Ukrayna müharibəsi 2042-ci ilə kimi davam edə bilər

3 May 2022 10:45

Ukrayna ilə Rusiya arasında müharibə yaxın iyirmi il ərzində davam edə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun fikrincə, uzanan müharibənin özü indiki kimi olmayacaq, daha az hərbi əməliyyatlar olacaq:

"Müharibə bu mənada sivilizasiyadır. Bu, mütləq hərbi toqquşmalar demək deyil. 2042-ci ilə qədər ola bilər, amma bunun necə olacağını anlamaq lazımdır. Ən əsası isə Ukrayna bununla mübarizə aparmaq üçün aktiv mexanizmlər təklif edir".

Milli.Az