Ermənistanda etiraz aksiyaları davam edir, saxlanılanlar var

3 May 2022 10:07

Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası davam edir.

Milli.Az TASS-a istinadən xəbər verir ki, hazırda etirazçılar İrəvanın mərkəzində bir sıra küçə və prospekti bağlayıb.

Artıq Ermənistan Polisinin xüsusi təyinatlıları etirazçıları saxlamağa başlayıb.

Milli.Az