Polşa Rusiya xammalına vergi tətbiqini təklif edib

3 May 2022 08:22

Avropanın enerji nazirlərinin Brüssel sammitində Polşa Rusiya xammalına vergi tətbiqini təklif edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təklifi Polşanın ekologiya naziri Anna Moskva səsləndirib.

Nazir bildirib ki, belə bir verginin tətbiqi Aİ ölkələrini Rusiyadan gələn yanacaqdan daha tez xilas olmağa vadar edəcək.

Milli.Az