Aİ qaza görə rublla ödənişdən imtina etdi

3 May 2022 08:18

Avropa İttifaqı Rusiya qazına görə rublla ödənişdən imtina edir və təchizatı tədricən dayandırmağa hazırlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu təklif Aİ-nin enerji nazirlərinin Brüsseldə keçirilən fövqəladə iclasında səslənib.

Enerji komissarı Kadri Simson bildirib ki, Avropa şirkətlərinin imzaladıqları müqavilələrin 97%-də valyuta növü göstərilib. Bu ya avro, ya da dollardır. Növbəti ödənişlər mayın ortalarına nəzərdə tutulub və bütün şirkətlər müqavilə öhdəliklərinə əməl edəcək. Bununla yanaşı, İttifaq ölkələri qaz təchizatının dayandılrılmasına hazır olmalıdır.

Nazirlər həmçinin Rusiya neftindən tədricən imtina barədə də fikir mübadiləsi aparıblar. Lakin məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib.

"Yeni sanksiyalar paketi hazırlanır. Lakin bu, bizim iclaslın müzakirə növzusu deyil" - deyə Fransanın ekologiya naziri Barbara Pompili bildirib.

Faktı Kadri Simson da təsdiqləyib: "Çərşənbə axşamı komissarların kollegiya iclası keçiriləcək. Son qərarı Ursula fon der Lyayen verəcək".

"Düşünürəm ki, gələn həftə Komissiya Rusiyaya qarşı 6-cı sanksiyalar paketini qəbul edəcək" - Almaniyanın enerji naziri Robert Habek bildirib.

Milli.Az