"Baydenin Ukraynaya səfəri planlaşdırılmır"

2 May 2022 22:55

ABŞ administrasiyası hazırda prezident Co Baydenin Ukraynaya səfərinə hazırlıq aparmır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

"Hazırda Baydenin səfəri ilə bağlı planlar icra prosesində deyil. Lakin biz vəziyyəti qiymətləndirməyə davam edirik" - Psaki bildirib.

Milli.Az