Əsgərovun komandasından ardıcıl 3-cü məğlubiyyət

2 May 2022 23:48

Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" da növbəti maçtına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda "Liepaya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
"Super Nova" 9 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Milli.Az