Pentaqon Ukraynaya göndərilən silahların fotosunu yayıb

2 May 2022 21:45

ABŞ-ın Müdafiə Nazirliyi Ukraynaya yola salınan M777 haubitsalarının yüklənmə prosesi barədə məlumat yayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, foto və vidieolar Pentaqonun rəsmi Tvitter hesabında yayılıb.

Məlumatda deyilir ki, HDQ və HHQ-nin şəxsi heyəti Ukraynaya göndərilməli olan M777 haubitsalarını təyyarəyə yükləyib. Yüklənmə prosesi Kaliforniyadakı hərbi bazada həyata keçirilib.

Milli.Az