Buça qətliamının ilk şübhəlisi açıqlandı - FOTO

2 May 2022 20:44

"Buça qətllərində ilk şübhəli şəxsin Rusiya Milli Qvardiyasının komandiri Sergey Kolotsey olduğu müəyyən edilib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru İrina Venediktova tvitter hesabında yazıb.

"Polis müəyyən edib ki, martın 18-də o, dörd silahsız şəxsi öldürüb, daha sonra isə mülki vətəndaşa işgəncə verib və onu istehza ilə edam edib.

Buçadakı vəhşiliklərdən sonra o, Ulyanovska yağmalanmış mallar göndərib", - Baş prokuror əlavə edib.

Milli.Az