Rusiyada müqavilə əsasında könüllülərin hərbi xidmətə cəlb edilməsi kampaniyası intensivləşdirilir.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Hərbi kəşfiyyat xidməti yayıb. Bildirilib ki, könüllülər Rusiyanın hərbi kontingentinin artırılması üçün Ukraynaya göndəriləcək.
Əlavə olunub ki, Rusiyanın hərbi rəhbərliyi Uzaq Şərq və Sibir federal dairələrinin rəsmiləri qarşısında həftəlik 200 könüllünün orduya göndərilməsi norması qoyulub.
Milli.Az